ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVOLMA İLƏ ƏLAQƏDAR QANUNVERİCİLİKDƏ DƏYİŞİKLİK EDİLƏCƏKDİR
Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiyadan AZƏRTAC-a bildirmişlər ki, ölkə başçısının 2006-cı il 2 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” bu sahədə işlərin sürətlənməsinə təkan vermişdir.
Burada mallarla ticarətə təsir göstərən siyasətə və ticarətlə bağlı əqli mülkiyyət rejiminin tənzimlənməsinə dair tədbirlər nəzərdə tutulmuşdur. Bununla əlaqədar 12 qanuna, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək, Nazirlər Kabinetinin bir sıra qərarları ÜTT-nin tələblərinə uyğunlaşdırılacaqdır.
Bütün bu işlərin 2007-ci ilin II rübünədək başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]