Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir

“Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir

Bakı, 15 sentyabr, AZƏRTAC

Dil haqqında elm – ümumi dilçilik – çoxəsrlik yol keçmiş, bu yolboyu böyük məktəblər və görkəmli alimlər öz izlərini qoymuşdur: Qədim Mesopotamiya və Misirdə yazı ilə bağlı ilkin təsəvvürlər, Çində nitqin fəlsəfi mahiyyəti barədə düşüncələr, Paninidən başlayan hind qrammatika ənənəsi, Qədim Yunanıstanda fəlsəfə və ritorika müzakirələri, orta əsrlər ərəb-müsəlman-türk dilçiliyi, Por-Royal rasionalizmi, Avropada müqayisəli-tarixi metodun doğuluşu, Humboldtun dil fəlsəfəsi, Sössürün struktur konsepsiyası, XX əsrin strukturalizm məktəbləri, N.Xomskinin generativ nəzəriyyəsi və nəhayət, müasir multidisiplinar yanaşmalar... Hər biri dil adlı sirli kainatın müxtəlif qatlarını işıqlandırmışdır.

Bu işıq dalğaları yalnız nəzəriyyədə qalmamış, monoqrafiyalarda, dərsliklərdə, müntəxəbatlarda sistemləşdirilmişdir. Dilçilik laboratoriyalarda deyil, həm də auditoriyalarda – müəllimin səsində, lövhədəki izahda, tələbə qeydlərində yaşamışdır. Hər yeni kitab, hər yeni kurs minillik elmi yaddaşın bugünkü nəfəsi olmuşdur.

Azərbaycanda da bu ümumbəşəri ənənənin davamı formalaşmışdır. B.Çobanzadədən başlayaraq N.Məmmədov, A.Qurbanov, A.Axundov, A.Babayev, Z.Verdiyeva, F.Ağayeva, M.Adilov, Ə.Rəcəbli, N.Cəfərov və başqalarının dərslikləri bu yolun Azərbaycan dilçiliyindəki ifadəsidir. Onlar həm dünya nəzəriyyələrinin sistemli təqdimatını, həm də milli elmi düşüncəmizi zənginləşdirmişdir. Bu gün həmin ənənəni gənc tədqiqatçı Qismət Cəfərov davam etdirir: onun “Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir. Müəllif bundan əvvəl də “Ümumi dilçilik müntəxəbatı”, “Ümumi dilçilik etüdləri”, “Ümumi dilçilik oçerkləri” (şərikli) kitablarını yazmışdır.

Bu fikirlər filologiya elmləri doktoru professor İlham Tahirovun “Dilçiliyimizin sabahına gənc nəfəs” yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Adətən belə dərslikləri təcrübəli və daha yaşlı alimlər yazır. Lakin bəzən elm üçün gərəkli olan yeni nəfəs məhz gəncliyin cəsarətində tapılır. Qismət Cəfərovun təşəbbüsü də göstərir ki, Azərbaycan dilçilik elminin sabahı üçün ümidverici qüvvələr yetişməkdədir. Onun sözügedən mühazirələr kitabı, əslində, qədimdən gələn elmi dalğaların Azərbaycan auditoriyasındakı yeni əks-sədası sayıla bilər. Bu da göstərir ki, dilçilik təkcə elm deyil, həm də ənənədir; təkcə nəzəriyyə deyil, həm də nəsildən-nəslə ötürülən mənəvi mirasdır.

“Ümumi dilçilik mühazirələri” müəllifin həm elmi araşdırmalarına, həm də BDU-da apardığı mühazirələrə əsaslanır. Kitabın strukturu ardıcıllığı ilə seçilir: dilçiliyin predmeti, tarixi, metodları, dilin mahiyyəti, ekstralinqvistika, interdisiplinar yanaşmalar – hamısı bir-birini tamamlayan zəncirin halqalarıdır. Kitab müəllifi tələbəyə yalnız faktları təqdim etmir, müqayisə etməyə, nəticə çıxarmağa da yönləndirir.

Kitabın girişində müəllif deyir: “Dilçiliyin, yəni dil haqqındakı elmin üstünlüyü odur ki, o, öz baxışlarını tənzimləyə bilir; hətta yanlış nəzəriyyələr müəyyən bir dövrdən sonra maraqlı nəticələr verə, redaktə oluna bilir. Bu mənada dilçilikdə tam səhv nəzəriyyə yoxdur”. Bu fikir yalnız elmi tezis deyil, həm də gənc bir tədqiqatçının nəzəriyyələrin dialoquna verdiyi dəyərin göstəricisidir.

Müəllifin izahında dilçilik tarixi sadəcə faktların xronologiyası kimi yox, poetik-metaforik bir yol kimi təqdim olunur: qədimdən gələn işıqlar birləşərək müasir dilçiliyin bilik səmasında yeni şəfəq yaradır. Burada Panini qrammatikası ilə Xomskinin generativ nəzəriyyəsi arasında qurulan əlaqə də diqqətəlayiqdir – gənc müəllif yalnız tarixi ardıcıllığı izləmək deyil, müasir nəzəriyyələrin köklərini göstərmək istəyir.

Əsərin güclü cəhətlərindən biri mürəkkəb nəzəriyyələrin sadə, aydın və bəzən poetik izahıdır. Məsələn, Sössürün “dil və nitq” konsepsiyası belə şərh olunur: “Nitq fəaliyyəti, əslində, dil + nitq deməkdir. Dil ona görə lazımdır ki, nitq anlaşılan olsun, nitq isə ona görə lazımdır ki, dil təşəkkül tapsın”. Bu izah mürəkkəb nəzəriyyəni bədii bir metaforaya çevirir.

Kitabda ənənə ilə yeniliyin dialoqu aydın görünür. Yuxarıda adları çəkilmiş Azərbaycan dilçilərinin ümumi dilçiliyə aid dərslikləri dilçiliyimizin bu sahəsinin elmi təməlini təşkil edir. Qismət Cəfərovun kitabı (və adlarını çəkdiyimiz digər tədqiqatları) isə bu təməl üzərinə qoyulmuş yeni daş, gənc bir filoloqun elmi mozaikaya əlavə etdiyi yeni rəngdir. Klassik dərsliklər əsasən sistemi bütöv təqdim edirdisə, Qismət Cəfərovun işində müəllifin şəxsi müşahidə və təhlilləri də öz yerini tutur. Bu isə dərsliyi təkcə tədris vəsaiti deyil, həm də müasir dilçilik tədqiqatlarına töhfə kimi dəyərləndirməyə imkan verir. “Ümumi dilçilik mühazirələri” həm də elmi tədqiqatlar yolunun başlanğıcında olan bir gənc filoloqun öz səsini eşitdirmək cəhdi də sayıla bilər. Və bu səs, zənnimizcə, artıq eşidilməkdədir – həm tələbə auditoriyasında, həm də ümumən Azərbaycan elmi mühitində.

Əsərin dili canlı, üslubu səmimidir. İzahlar həm akademik, həm də maarifləndiriçi səciyyəsi ilə seçilir. Müəllifin təhkiyə dilinin diqqətçəkici cəhətlərindən biri tələbələrlə birbaşa ünsiyyət və müraciət formalarından istifadə etməsidir: “əziz tələbələr”, “tələbə dostlar”, “İndi sizə elə bir məktəb haqqında danışacağam ki...”, “Bir az da Sössürün müqayisələrindən danışaq”. Bu cür müəllif təhkiyəsi oxucunu passiv müşahidəçidən fəal iştirakçıya çevirir. Bu xüsusiyyət kitabı həm tələbə üçün “dərs otağında işıq”, həm də elmi ictimaiyyət üçün “gənc bir nəfəsin sorağı”na çevirir.

Əminliklə demək olar ki, Qismət Cəfərovun bu əsəri Azərbaycan dilçilik elminin davamlı inkişafına verilən dəyərli töhfədir. Kitab həm müəllifin gələcək fəaliyyətinə stimul olacaq, həm də tələbələr üçün mürəkkəb elmi yolları asanlaşdıran bələdçi rolunu oynayacaq.

Gənc bir filoloqun açdığı bu cığırın sonunda geniş elmi üfüqlər boylanır; o üfüqə doğru atılan hər addım isə günbəgün daha da möhkəmlənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb