Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatlar açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 22-də 36 şagirdin, 7 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 10 şagird, 7 nəfər işçi heyət isə koronavirusa yoluxub. İki sinif təhsilin distant formasına keçirilib və korononavirusa yoluxma hallarına görə distant təhsilə keçirilən siniflərin sayı 6-ya çatıb.
Xatırladaq ki, bu günə qədər respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
- 30.09.2026 [16:02]