Ümummilli Liderin anım günü ilə bağlı fləşmob VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, fləşmobda işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmış və Bakı şəhərində yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin müxtəlif yaş, cins və peşə kateqoriyalarından olan 1000-dən çox sakini iştirak edib.
Videoçarxda Ümummilli Lider Heydər Əliyevin soydaşlarımızla görüşlərindən olan görüntülər yer alıb.