UNEC: 2540 abituriyent onlayn qeydiyyatdan keçib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan abituriyentlərin onlayn qeydiyyatı davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-nə olan məlumata görə, universitetə qəbul olan abituriyentlərdən 2540 nəfəri onlayn qeydiyyatdan keçib. Abituriyentlərin rahat şəkildə qeydiyyatdan keçməsi üçün Sənəd qəbulu komissiyası, eləcə də fakültələrdə katibliklər fəaliyyət göstərir. Abituriyentlərin qeydiyyatla bağlı bütün müraciətləri operativ cavablandırılır. Onlayn qeydiyyat prosesinin necə həyata keçirildiyi barədə videotəlimat da hazırlanıb.
Abituriyentlərin qeydiyyatı oktyabrın 7-dək davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]