UNEC-də gənc tədqiqatçılar arasında “Open Science” təcrübəsi təbliğ olunacaq
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc tədqiqatçılar arasında “Open Science” təcrübəsinin təbliği” mövzusunda seminar keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində məqsəd “Open Science”in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır. İştirakçılara “Open Science”, “Open Access”, “Open Research Date”, “Open Innovation”, “Open Research Computation”, “Citizen Science”, “Scientific Social Network” haqqında bilik və informasiyalar veriləcək. Onlar indeksli jurnallarda dərc edilmək üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında da məlumatlandırılacaq.
Seminar martın 12-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi 6) Heydər Əliyev İrisinin Araşdırılması Mərkəzində (otaq 305) keçiriləcək.
Qeyd edək ki, seminar gənc alim, doktorant, dissertant, magistr və tələbələr üçün nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]