UNEC ilə “PAŞA Sığorta” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “PAŞA Sığorta” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova tərəfindən imzalanan sənədə əsasən, şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bu istiqamətlərə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, “PAŞA Sığorta” tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, birgə layihələrin hazırlanması, tələbələrin təcrübəsinin təşkili və digər tədbirlərin həyata keçirilməsi daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]