UNEP rəsmisi: WUF13-də iqlim dəyişikliklərinə hazırlıq və qlobal həll yolları diqqət çəkir VİDEO
Bakı, 20 may, AZƏRTAC
WUF13, doğrudan da, çox heyranedici tədbirdir. Düzü, Ümumdünya Şəhərsalma Forumunda ilk dəfə iştirak edirəm, lakin təşkilatçılıq səviyyəsi və bu qədər maraqlı tədbirlərin keçirilməsi məni çox təsirləndirdi.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, BMT Ətraf Mühit Proqramının (UNEP) Nyu-Yorkdakı ofisinin nümayəndəsi Matti Lehtonen deyib.
O vurğulayıb ki, WUF13 çərçivəsində dünyanın müxtəlif bölgələrində görülən işlər və tətbiq olunan həll yolları barədə çoxlu məlumat əldə edib.
“Düşünürəm ki, bizi daha sərt iqlim şəraiti gözləyir. İqlim getdikcə daha intensiv dəyişəcək, daha tez-tez ekstremal hava hadisələri baş verəcək və biz buna hazır olmalıyıq. Lakin Azərbaycanda gördüyüm odur ki, insanlar iqlim dəyişikliyi barədə məlumatlıdırlar və gələcəkdə iqlim təsirlərinin artacağını anlayaraq buna hazırlaşmağa çalışırlar. Bu isə olduqca ilhamvericidir”, - deyə WUF13 iştirakçısı bildirib.
Operator - İlham Nadirov