UNUN DƏMİR ELEMENTİ İLƏ ZƏNGİNLƏŞDİRİLMƏSİ LAYİHƏSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azad İstehlakçılar Birliyinin YUNİCEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə aprel ayından başlayaraq həyata keçirdiyi “Unun dəmir elementi ilə zənginləşdirilməsi ilə bağlı bazarın, istehsal müəssisəsinin monitorinqi, ekspertiza və təbliğat” layihəsini başa çatdırmışdır.
Layihə çərçivəsində ölkənin 10-dan çox rayonunda bələdiyyə nümayəndələrinin, səhiyyə işçilərinin və un istehsalçılarının iştirakı ilə seminarlar keçirilmiş, əhaliyə dəmir çatışmazlığı problemindən qorunmaq yolları barədə məlumat vərəqələri paylanmışdır. Dəyirmanlarda una dəmir, sink və “B” qrupu vitaminləri qatılması tövsiyə olunmuş, bu elementlərlə zənginləşdirilmiş un kisələri üçün xüsusi nişan hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]