Uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 1 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Londonda keçirilən “Kingdom art stars” müsabiqəsində iştirak ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin fortepiano ixtisası üzrə şagirdləri İnci Həsənli birinci dərəcəli diplomla, Zaidə Cahangirova ikinci dərəcəli diplomla, Şəbnəm Cümşüdlü üçüncü dərəcəli diplomla təltif olunublar.