UŞAQLAR ARASINDA RƏSM MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Atmosfer uşaqların gözləri ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulması ilə bağlı tədbir keçirilmişdir. Təhsil Nazirliyi ilə birgə keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, ölkəmizin 45 bölgəsindən 109 məktəblinin qatıldığı müsabiqədən başlıca məqsəd doğma təbiətimizin füsunkar gözəlliyini, meteorologiya xidmətlərinin işini, yeniyetmə vətəndaşların təbiəti mühafizə tədbirlərində fəal iştirakını əks etdirmək idi.
Məktəblilərimizin 3 ən yaxşı rəsm işi Dünya Meteorologiya Təşkilatının artıq çapa hazırlanan albomuna daxil ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]