UŞAQLARIN BƏDİİ YARADICILIQ FESTİVALI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, uşaq evləri və internat məktəbləri yetirmələrinin V Beynəlxalq bədii yaradıçılıq festivalı başa çatmışdır. Yaşıl Teatrda keçirilmiş festivalın təntənəli bağlanış mərasimi “Dan Ulduzu” himninin ifası ilə başlanmışdır.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, dünyanın müxtəlif ölkələrindən olan uşaqlar dostlaşmaq, vaxtlarını şən keçirmək və evə yaxşı əhval-ruhiyyə ilə qayıtmaq imkanı əldə etmişlər.
Qala konsertlə başa çatan festival “Dan” Beynəlmiləlçi Gənclər İttifaqının təşəbbüsü və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri və Xətai rayonu İcra hakimiyyətlərinin dəstəyi ilə keçirilmişdir. Festivalın Qəyyumluq Şurasının sədri, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevadır.
Qeyd edək ki, bu il festivalda Azərbaycan, Özbəkistan, Polşa, Gürcüstan, Qazaxıstan, Türkiyə, Hindistan, İsrail və digər ölkələrdən 300-dən çox uşaq iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]