Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların rəqəmsal təhlükəsizliyi: məktəblərin üzərinə hansı vəzifələr düşür?

Uşaqların rəqəmsal təhlükəsizliyi: məktəblərin üzərinə hansı vəzifələr düşür?

Bakı, 10 iyul, AZƏRTAC

Rəqəmsal texnologiyalar uşaqların təhsil alması, ünsiyyət qurması və informasiya əldə etməsi üçün yeni imkanlar yaratsa da, onların təhlükəsizliyi ilə bağlı çağırışları da gündəmə gətirir. Sosial şəbəkələrdə yaşa uyğun olmayan məzmun, kibertəzyiq, dezinformasiya, rəqəmsal asılılıq və şəxsi məlumatların qorunması məsələləri bu gün valideynləri, müəllimləri və mütəxəssisləri düşündürən əsas mövzulardandır. Bu baxımdan uşaqların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması dövlət, məktəb və ailənin birgə fəaliyyətini tələb edən mühüm istiqamət hesab olunur.

Bəs bu prosesdə məktəblərin və müəllimlərin rolu nədən ibarətdir? Şagirdlərdə rəqəmsal təhlükəsizlik mədəniyyəti necə formalaşdırılır? Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Bakı şəhəri 17 nömrəli tam orta məktəbin müəllimi Elmira Ağayeva cavablandırıb.

- Uşaqların rəqəmsal mühitin zərərli təsirlərindən qorunmasında məktəb və ailənin üzərinə hansı vəzifələr düşür?

- Hesab edirəm ki, bu məsələdə məktəb və ailə bir-birini tamamlayan iki əsas tərəfdir. Valideyn yalnız qadağalarla kifayətlənməməli, övladının internetdə hansı məzmunla maraqlandığını bilməli, onunla açıq və etibarlı ünsiyyət qurmalıdır. Məktəbin vəzifəsi isə şagirdlərdə rəqəmsal mühitdən düzgün, təhlükəsiz və məsuliyyətli istifadə vərdişləri formalaşdırmaqdır.

Şagirdlərə şəxsi məlumatların qorunması, kibertəhlükələr, kiberbullinq, informasiyanın düzgün qiymətləndirilməsi və sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları mütəmadi izah edilməlidir. Ən vacib məqamlardan biri isə məktəb və valideyn arasında davamlı əməkdaşlığın təmin olunmasıdır. Bu əməkdaşlıq güclü olduqda uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklərin qarşısını almaq daha asan olur.

- Rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasında müəllimlərin rolu nədən ibarətdir?

- Müəllim şagird üçün hər zaman nümunədir. Buna görə də müəllim ilk növbədə öz davranışı ilə rəqəmsal etikaya əməl etməli, bu mədəniyyəti şagirdlərə aşılamalıdır. Dərs prosesində təhlükəsiz internetdən istifadə, məlumatların doğruluğunun yoxlanılması, müəllif hüquqları, şəxsi məlumatların qorunması və rəqəmsal vətəndaşlıq kimi mövzulara mütəmadi yer verilməsi vacibdir.

Hesab edirəm ki, rəqəmsal təhlükəsizlik ayrıca bir mövzu kimi deyil, bütün fənlərin və gündəlik tədris prosesinin tərkib hissəsi olmalıdır. Hazırda icraçılarından biri olduğum “Rəqəmsal yay məktəbi” layihəsi çərçivəsində müəllim və şagirdlərlə süni intellekt, təhlükəsiz internet, rəqəmsal vətəndaşlıq və “Rəqəmsal məktəb” platformasının imkanları ilə bağlı maarifləndirici sessiyalar keçiririk. Bu cür təşəbbüslər rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

- Məktəblərdə şagirdlərin rəqəmsal savadlılığını və təhlükəsiz internetdən istifadə bacarıqlarını artırmaq üçün hansı addımlar atılır?

- Son illərdə bu istiqamətdə mühüm işlər görülür. Məktəblərdə rəqəmsal bacarıqların inkişafına yönəlmiş dərslər, layihələr, maarifləndirici tədbirlər və müxtəlif təlimlər təşkil edilir. Biz də “Rəqəmsal yay məktəbi” layihəsi çərçivəsində müəllim və şagirdlər üçün süni intellekt, təhlükəsiz internet, rəqəmsal vətəndaşlıq və “Rəqəmsal məktəb” platformasının imkanlarına həsr olunan sessiyalar keçiririk. Bu təşəbbüslər iştirakçıların rəqəmsal savadlılığını artırmaqla yanaşı, texnologiyadan təhlükəsiz, etik və məqsədyönlü istifadə bacarıqlarının inkişafına xidmət edir.

- Şagirdlərlə ünsiyyətdə sosial şəbəkələrin yaratdığı hansı müsbət və ya mənfi dəyişiklikləri daha çox müşahidə edirsiniz?

- Sosial şəbəkələr şagirdlərə informasiya əldə etmək, biliklərini zənginləşdirmək, yaradıcılıq potensialını nümayiş etdirmək və layihələrini daha geniş auditoriyaya çatdırmaq üçün mühüm imkanlar yaradır.

Bununla yanaşı, həddindən artıq istifadə diqqətin dağılmasına, canlı ünsiyyət bacarıqlarının zəifləməsinə və yanlış məlumatların təsiri altına düşməyə səbəb ola bilər. Kiberbullinq, sosial müqayisə və rəqəmsal asılılıq kimi hallar da uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Buna görə də şagirdlərdə sosial şəbəkələrdən balanslı, məqsədyönlü və təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

- Uşaqların rəqəmsal mühitin zərərli təsirlərindən qorunmasında məktəb və ailənin üzərinə hansı vəzifələr düşür?

- Düşünürəm ki, uşağın rəqəmsal təhlükəsizliyi hər iki tərəfin ortaq məsuliyyətidir. Valideyn evdə nəzarət və dəstək mühiti yaratmalı, övladına etibar etməklə yanaşı, onun rəqəmsal fəaliyyətinə maraq göstərməlidir. Məktəb isə uşaqları təhlükələrdən qorumağın yollarını öyrətməli, onlarda tənqidi düşüncə və məsuliyyət hissini inkişaf etdirməlidir. Uşaqlar yalnız texnologiyadan istifadə etməyi deyil, ondan təhlükəsiz, etik və faydalı şəkildə yararlanmağı da öyrənməlidirlər. Bu istiqamətdə məktəb, ailə və cəmiyyət birlikdə fəaliyyət göstərdikdə daha uğurlu nəticələr əldə etmək mümkündür.

Müxbir – Nərmin Murad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib