Useyn Bolt “Mançester Yunayted” ilə kontrakt imzalamağı arzulayır
Bakı, 8 yanvar, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, yüngül atletika üzrə səkkizqat Olimpiya çempionu Useyn Bolt futbolçu olmaq niyyətini təsdiqləyib.
Otuz bir yaşlı yamaykalı sprinter deyib: “Zədələrim sağalıb və mən yenidən yaxşı formadayam. Mart ayında Dortmundda müayinədən keçməyə hazırlaşıram, bundan sonra mənim futbolçu karyerama başlamağım məlum olacaq. Əgər “Borussiya”da mənə hər şeyin qaydasında olduğunu və bir qədər məşq etmək lazım gələcəyini söyləsələr, belə də edəcəyəm. Ümumiyyətlə, mən “Mançester Yunayted” ilə kontrakt imzalamağı arzulayıram. Dortmundda məni yararsız hesab etsələr, o zaman inadla məşqlərə davam edəcəyəm. Aleks Ferqyusonla danışmışam və ondan kömək istəmişəm. O cavab verib ki, əgər yaxşı hazırlaşsam və formada olsam, mənə kömək etməyə çalışacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]