V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin sonuncu təlimi keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu Marşel Kavendiş İnstitutu ilə əməkdaşlıq çərçivəsində V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin 5-ci və sonuncu təlimini keçirib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təlimdə yerli riyaziyyat mütəxəssisləri ötən təlim zamanı birgə müzakirə nəticəsində riyazi tapşırıqların müxtəlifləşdirilməsi haqqında hazırladıqları təhlili iştirakçılarla və sinqapurlu mütəxəssislərlə bölüşüblər.
Daha sonra sinqapurlu mütəxəssislər məzmunun tədrisi prosesi, onun metodları və növləri haqqında danışıb, həmçinin azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparıblar. Bundan əlavə, “Guided practice” (həll istiqamətləri verilən tapşırıqlar), “Chapter opener” (fəslin ilk səhifəsi), “Teaching of concept” (anlayışın öyrədilməsi), İKT-dən istifadə, fəslin xülasəsi haqqında müzakirələr edilib.
Tədbirin sonunda Sinqapur və beynəlxalq təcrübə nümunələri üzərində təhlillər aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]