Vəfa Yaqublu: Ali təhsil müəssisələrində mühazirə və seminarlar onlayn keçiriləcək
Bakı, 4 fevral, AZƏRTAC
Ali təhsil müəssisələrində mühazirə və seminarlar onlayn keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası mövzusunda “Facebook” üzərindən canlı yayımda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə əyani tədrisi nəzərdə tutulur.
Xatırladaq ki, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:42]
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
- 05.10.2026 [13:02]
Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur
- 05.10.2026 [13:00]
Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova
- 05.10.2026 [12:51]
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
- 05.10.2026 [12:32]