VƏKİLLƏR KOLLEGİYASININ TƏSİS YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra qonaqlar və iştirakçılar təqdim olundu. Yığıncağın qərar layihəsi səs çoxluğu ilə qəbul edildi. Təsis yığıncağı təşkilat komitəsinin üzvləri Azərbaycanda vəkilliyin inkişafı, eləcə də yığıncağa hazırlıq barədə məlumat verdilər. 370 təsisçi-vəkil və pullu hüquqi xidmət göstərmək üçün xüsusi lisenziyası olan 36 hüquqşünas seçki proseslərinə qatıldılar.
Rəyasət heyəti sədrinin, iki müavinin və bu qurumun 8 üzvünün seçilməsi qərara alındı. Sonra namizədlər irəli sürüldü və gizli səsvermə keçirildi.