Velosiped idmanı üzrə Azərbaycan kuboku yarışına start verilib
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Bakı Olimpiya Stadionu ərazisində Azərbaycan kuboku yarışına start verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, açıq xarakterli turnirdə Gürcüstan idmançıları da mübarizə aparırlar.
İlk yarış günündə velosipedçilər kriterium ötüşməsində güclərini sınayıblar.
Qızların yarışında Ayan Xankişiyeva birinci olub.
Kişilərin mübarizəsində Natiq Meydərov (2003-2004-cü il), Avtandi Piranişvili (Gürcüstan, 2001-2002-ci il) və Kərim Şirəliyev (1999-2000-ci il) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.