Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə dekabrın 21-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Dekabrın 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]