Azərbaycan Dövlət İnformasiya Agentliyi

VERGİLƏR NAZİRİ FAZİL MƏMMƏDOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi islahatların Sizin rəhbərliyinizlə müasir dövrün reallıqlarına uyğun, qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə son üç ildə olduğu kimi, 2007-ci ildə də lider mövqeyini saxlamışdır.

Möhtərəm cənab Prezident!

İcazənizlə, 2007-ci il ərzində vergi daxilolmalarının təmin edilməsi, vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və 2008-ci ildə qarşıda duran vəzifələr barəsində Sizə məruzə edərdim.

Ötən ilin dövlət büdcəsi təsdiq edilərkən ölkənin sürətli iqtisadi inkişafı nəzərə alınaraq, vergilər üzrə daxilolmalar 61,7 faiz artımla proqnozlaşdırılmış, iqtisadiyyatın bütün sahələrində inkişaf tempinin və sahibkarlığa dövlət qayğısının nəticəsi olaraq büdcəyə 4 milyard 548 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2006-cı illə müqayisədə 1 milyard 834,1 milyon manat və ya 67,6 faiz çoxdur. Qeyd olunan dövrdə Vergilər Nazirliyinin xətti ilə toplanan vəsait ümumi daxili məhsulun 18,5 faizini, ümumi büdcə gəlirlərinin 75,2 faizini təşkil etmişdir.

Büdcəyə dövlət sektoru üzrə 1 milyard 290 milyon manat, qeyri-dövlət sektoru üzrə 3 milyard 258,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2006-cı ilin göstəricisindən müvafiq olaraq 450,4 milyon manat (53,6 faiz) və 1 milyard 383,7 milyon manat (73,8 faiz) çox olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının reallaşması nəticəsində ötən il də uğurlu nəticələr əldə edilmiş, həm xarici neft şirkətləri, həm də Dövlət Neft Şirkəti tərəfindən hesablanmış vergilərin vaxtında və tam şəkildə büdcəyə ödənilməsi təmin edilmişdir. Belə ki, neft sektoru üzrə 2 milyard 650 milyon manat proqnoza 109,9 faiz əməl edilmişdir ki, bu da 2006-cı illə müqayisədə 1 milyard 239,4 milyon manat və ya 74,1 faiz çoxdur.

Ölkə iqtisadiyyatında neft sektorunun aparıcı rolunun azaldılması və neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində qəbul etdiyiniz qərarlar və verdiyiniz tapşırıqlar bu sahədə iqtisadi fəallığı daha da sürətləndirmiş, təkcə əlavə dəyər vergisi ödəyicilərinin dövriyyələri 2006-cı ildəki 16 milyard manatdan 2007-ci ildə 25 milyard manata çatmışdır. Qeyri-neft sektorunun ümumi inkişafı bu sahədən vergi daxilolmalarını da əhəmiyyətli dərəcədə artırmışdır.

Belə ki, 2007-ci il ərzində qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 603,4 milyon manat proqnoza qarşı, 1 milyard 635,9 milyon manat vəsait daxil olmaqla, proqnoza 102 faiz əməl edilmişdir. Qeyd etmək istərdim ki, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 2006-cı illə müqayisədə 594,7 milyon manat və ya 57,1 faiz, qeyri-neft sektorunda neft konsorsiumları ilə işləyən şirkətlərin daxilolmaları nəzərə alınmasa, bu sektordan daxilolmalar 75,9 faiz artmışdır.

İqtisadiyyatın qeyd olunan uğurlu nəticələrinin və əhalinin artmaqda olan pul gəlirlərinin inflyasiya təsirinə məruz qalmaması üçün qeyri-neft sektoruna, xüsusilə də mənzil tikintisi sahəsinə vergi nəzarətinin artırılması barədə verdiyiniz tapşırıqların icrası olaraq, müvafiq tədbirlər görülmüş və mənzil tikintisi sahəsində vergi daxilolmalarının 2006-cı illə müqayisədə artımı 100 faiz təşkil etmişdir. Eyni zamanda, bütün sahələr üzrə aparılmış yoxlamalarla 789,1 milyon manat əlavə vergi hesablanmışdır ki, bu da büdcə daxilolmalarının 17,3 faizini təşkil edir.

Əsas istehlak vergiləri olan əlavə dəyər vergisinin və aksiz vergisinin inzibatçılığı antiinflyasiya tədbirləri çərçivəsində sərtləşdirilmiş və bu sahədən vergi daxilolmaları ötən illə müqayisədə müvafiq olaraq 67,7 faiz və 101,1 faiz artmışdır.

2007-ci ildə vergi orqanları tərəfindən bilərəkdən, qəsdən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər qanunazidd hərəkətlərə qarşı ciddi mübarizə aparılmış, bu xüsusatdan olan materiallar üzrə 185 cinayət işi qaldırılmış, istintaqı başa çatdırılmış cinayət işlərindən 117 şəxs barəsində 96 cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, dövlətə dəyən ziyandan 7,7 milyon manat ödənilmişdir.

Möhtərəm cənab Prezident!

2007-ci il ərzində vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilmişdir. Belə ki, ilin sonunda Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 14 faiz dərəcəsi ilə gəlir vergisinə cəlb edilən əmək haqqının məbləği 2 min manatadək artırılmış, mənzil tikintisi üzrə satış dövriyyəsinin minimum həddi müəyyən edilmiş, nəzarət-kassa aparatlarının tətbiqi sferasında qanunvericilikdə olan çatışmazlıqlar aradan qaldırılmış və 2008-ci il yanvarın 1-dən bütün ticarət obyektlərində POS-terminalların mütləq qaydada quraşdırılması işlərinə başlanılmışdır.

2007-ci ilin ən uğurlu hadisələrindən biri də biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılması məqsədilə sahibkarlıq fəaliyyəti subyektlərinin 2008-ci il yanvarın 1-dən “bir pəncərə” prinsipi üzrə qeydiyyatının həyata keçirilməsi barədə Sizin müvafiq Fərmanınız olmuşdur.

Möhtərəm cənab Prezident!

Sizin nəzarətiniz və bilavasitə iştirakınızla fəaliyyətə başlamış yeni qeydiyyat sisteminə görə sahibkarlıq subyektləri müvafiq sənədləri təqdim etməklə, 3 gün ərzində dövlət qeydiyyatına alınır ki, bu da müddətin 20 dəfə, prosedur qaydalarının 3-5 dəfə, təqdim edilən kağız formatlı sənədlərin isə dəfələrlə azalması deməkdir. Qeyd etmək istərdim ki, bu prinsipin tətbiq edilməsindən ötən 4 gün ərzində artıq 250-dən çox sahibkar qeydiyyata alınmışdır.

Sahibkarlıq subyektlərinin qeydiyyat prosedurlarının sadələşdirilməsi onların vergi bəyannamələrinin təqdim edilməsi prosesinin də sadələşdirilməsi ilə müşayiət olunmaqdadır. Belə ki, 2007-ci ilin avqust ayından etibarən Vergilər Nazirliyində “elektron-bəyannamə” sisteminin tətbiqinə başlanılmışdır ki, bu da vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, tərtibini və düzgünlüyünü proqram təminatı vasitəsilə yoxlamaq, öz şəxsi hesab vərəqəsinə “real vaxt” rejimində baxa bilmək imkanı verir.

Məlumat üçün qeyd etmək istərdim ki, “elektron-bəyannamə” sisteminin tətbiq edildiyi qısa müddət ərzində 25 mindən çox vergi ödəyicisi tərəfindən 37 mindən çox “elektron bəyannamə” təqdim edilmişdir. Hazırda əlavə dəyər vergisi qeydiyyatında olan vergi ödəyicilərinin 95 faizindən çoxu öz vergi bəyannamələrini internet vasitəsilə təqdim edir.

Möhtərəm cənab Prezident!

2008-ci ilin dövlət büdcəsinin mədaxil proqnozunun 5 milyard 19 milyon manatının və ya 67,7 faizinin Vergilər Nazirliyi tərəfindən icrası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, 2008-ci il üçün nəzərdə tutulmuş proqnoz 2007-ci ilin proqnoz məbləğindən 765,6 milyon manat və ya 18 faiz çoxdur. Bu artımın 80 milyon manatı neft sektorunun, 685,6 milyon manatı qeyri-neft sektorunun payına düşür ki, bu da 2007-ci ilin proqnoz göstəricisindən 42,8 faiz çoxdur.

Möhtərəm cənab Prezident!

Fəaliyyətimizdə olan nöqsan və çatışmayan cəhətləri, 2008-ci ildə qarşıda duran vəzifələrimizi aydın dərk edir və Sizi əmin etmək istəyirəm ki, vergi orqanları üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi sahəsində Sizin ali tapşırıqlarınızın icrası üçün bütün imkanlarını səfərbər edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb