Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vidadi Muradov: Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır

Vidadi Muradov: Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır

Bakı, 5 oktyabr, AZƏRTAC 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatına başlayıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən tapdağından azad edilib. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur. Düşmənin Tərtəri artilleriya atəşinə tutması nəticəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu şəhərdəki xalça istehsalı emalatxanasına da ciddi ziyan dəyib. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır.

Bunu AZƏRTACA-a açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov deyib.

İdarə Heyətinin sədri bildirib ki, “Azərxalça”nın Tərtər filialında çalışanların əksəriyyəti məcburi köçkünlərdir və onlar Qarabağ xalçaları toxuyurlar. Uzun illərdir, Qarabağ kimi Qarabağ xalçalarına da iddia edən ermənilərin bu emalatxananı hədəf alması təsadüfi deyil.

Vidadi Muradov deyib: “Erməni vandallarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlər boyu formalaşmış ənənələr öz əksini tapıb. Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim türk damğaları vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda türk damğası olmasın”.

Vidadi Muradov bildirib ki, Azərbaycan xalçaçısı Azərbaycan xalçasını öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin qarşı iddiası cəfəngiyyatdan başqa bir şey deyildir. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbaycan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurma “Artsax” dövlətinin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar.

İdarə Heyətinin sədri söyləyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı qədim abidələrimiz, muzeylərimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər, o cümlədən xalçalar qarət edilib. Məcburi köçkünlər öz dədə-baba torpaqlarından didərgin salınarkən onlar qədim xalçalarını həmin ərazidən çıxara bilməyiblər. Talan edilmiş xalçalarımız sonra saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Ermənilərin dünyada təqdim etdikləri, Ermənistan ərazisindəki muzeylərdə nümayiş etdirdikləri xalçaların hamısı Azərbaycan xalçalarıdır. O xalçaların çeşnilərinə baxanda görünür ki, onlar Qarabağda azərbaycanlılar tərəfindən toxunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.

"Azərxalça"nın ilk filialının məhz Qarabağda - Füzuli rayonununda yaradılmasının heç də təsadüfi olmadığını bildirən Vidadi Muradov əlavə edib ki, bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir: “Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Füzulinin Horadiz şəhərində, Ağdamın Quzanlı qəsəbəsində, Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə xalça fabriklərinin yaradılması, bu emalatxanalarda Qarabağ xalçalarının yaşadılması tarixi torpaqlarımıza qayıdışın anonsu, növbəti mərhələsi idi. İşğal faktına tezliklə son qoyulduqdan sonra tarixi xalçaçılıq mərkəzi olan Qarabağda belə fabriklərin yaradılması davam etdiriləcəkdir. “Azərxalça”nın növbəti filialları Şuşada, Xankəndində, Xocavənddə, Laçında, Kəlbəcərdə açılacaqdır. Qarabağın tarixi xalçaçılıq məntəqələrindən biri də Xocalıdır. Xocalının Meşəli, Cəmilli, Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən yaşayış məntəqələrində orijinal Qarabağ xalçaları toxunub. Erməni vandalları Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törədib, bu qədim şəhəri tamamilə dağıdıblar. Ermənilərin Xocalıya təcavüzü zamanı qədim tariximizdən xəbər verən xalçalarımız da məhv edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı filialı yaradılmalıdır. Ali Baş Komandanımızın iradəsi, xalqımızın birliyi, Ordumuzun əzmi sayəsində tezliklə Xocalı da işğaldan azad ediləcəkdir. Biz gələcəkdə “Azərxalça”nın Xocalı filialını məhz Xocalı şəhərinin özündə yaradacağıq. Biləsuvar rayonu ərazisində yaradılan Cəbrayıl filialını da dünən işğaldan azad olunan Cəbrayıl şəhərinə köçürəcəyik. Cəbrayıllı toxucular dədə-baba torpaqlarına qayıdacaqları, rayon mərkəzində xalça emalatxanasının yaradılacağı günü səbirsizliklə gözləyirlər. Azərbaycan Prezidentinin qayğısı ilə Cəbrayıl şəhəri və rayonun digər yaşayış məntəqələri tezliklə bərpa ediləcək, orada tikiləcək ilk obyektlərdən biri də xalça fabriki olacaqdır”.

İdarə Heyətinin sədri vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan, bu gün “Azərxalça”nın Quzanlı qəsəbəsindəki filialının toxucularının sözlərini, cəmiyyətimizə ismarıcını ictimaiyyətin diqqətinə çatdırıb: “Silahlı Qüvvələrimizin apardığı uğurlu əks hücum əməliyyatı işğaldakı bütün torpaqlarımızın, o cümlədən Ağdam şəhərinin tezliklə işğaldan azad ediləcəyinə qəti inam yaradıb. Mənfur düşmən dinc əhalini, bizim yaşadığımız Quzanlı qəsəbəsini atəşə tutsa da bizi heç vaxt qorxuda bilməzlər. Biz Ali Baş Komandanımıza və müzəffər ordumuza güvənirik. Bizim ən böyük arzumuz öz doğma torpaqlarımıza qayıtmaqdır. Əminik ki, çox keçmədən Ağdam şəhərində də müasir xalça fabriki yaradılacaq, biz bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik”.

Vidadi Muradov Azərbaycan xalçaçılarının ən böyük arzularından birini dilə gətirib: “Azərbaycan xalçaçılarının ən böyük arzularından biri də tarixi şəhərimiz olan Şuşada Qarabağ xalçalarının sərgisinin və beynəlxalq xalça festivalının keçirilməsidir. İnanırıq ki, yaxın gələcəkdə biz bunu reallaşdıracağıq. Əminik ki, tezliklə ərazi bütövlüyümüz bərpa olunacaqdır. Bizə bu sevinci və qüruru yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Cənab İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazır. O, bir neçə əsrlik tarixi gedişi dəyişdirir, tarixi ədaləti bərpa edir, xalqımızın ən böyük arzusunu reallaşdırır. İlham Əliyev kimi Ali Baş Komandanı olan Ordu yenilməz, İlham Əliyev kimi Lideri, Prezidenti olan xalq, dövlət məğlubedilməzdir. Dövlət başçısının oktyabrın 4-də Azərbaycan xalqına müraciətində qeyd olunduğu kimi, biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır