“Virtual məktəb”dən qeydiyyatdan keçənlərin sayı bir milyon 200 mini keçib
Bakı, 13 noyabr, AZƏRTAC
“Microsoft Teams” platforması üzərindən “Virtual məktəb”dən qeydiyyatdan keçən müəllim və şagirdlərin sayı bir milyon 200 mini keçib.
AZƏRTAC xəbər verir ki, bunu “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirədə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov deyib. O qeyd edib ki, platformada müəllim və şagirdlər üçün təhlükəsiz təhsil mühiti yaradılıb. Belə ki, qeydiyyatdan keçənlərin hər biri araşdırılır, qeydiyyat sonra təsdiqlənir.
Xatırladaq ki, “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Təməl” proqramında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]