“Virtual məktəb”ə qoşulmaq imkanı olmayan şagirdlər teledərslərdən yararlana bilərlər
Bakı, 13 noyabr, AZƏRTAC
“Virtual məktəb”ə qoşulmaq imkanı olmayan şagirdlər “Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramını izləyə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Orxan Abbasov deyib. O bildirib ki, teledərsləri ardıcıl izləməklə şagirdlər tədris olunan dərslər haqqında ətraflı bilik əldə edə bilərlər.
Orxan Abbasov qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq təhsil sahəsində müxtəlif alətlər yaradılıb: “Şagirdlər bu çətin dönəmdə yaradılan bütün imkanlardan maksimum yaralanaraq bilik qazana bilərlər”.
Xatırladaq ki, “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirə Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanan “Təməl” proqramında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]