Vlad Marinesku: Bakıdakı “Böyük dəbilqə” turniri Dünya Cüdo Turunun incisidir
Bakı, 25 sentyabr, AZƏRTAC
Olimpiya Oyunları yaxınlaşdığı və lisenziyaların tam sürətlə qazanıldığı bir vaxtda biz ilk növbədə Azərbaycana və cüdo federasiyasına təşəkkür etməliyik. Çünki Bakı cüdo ailəsini qarşılayaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yüksəkkeyfiyyətli tədbirə ev sahibliyi etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Cüdo Federasiyasının (IJF) baş direktoru Vlad Marinesku Bakıda Ulu Öndər Heydər Əliyev xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turniri ilə bağlı hazırladığı məqaləsində yazıb.
O bildirib ki, yarış əla nəticələrlə tarixə düşəcək: “Bakıda qazanılan yerlər, xallar qarşıdakı həftələrdə və aylarda böyük rol oynayacaq. Zaman sürətlə irəliləyir. “Paris-2024” Yay Olimpiya Oyunlarına çox az vaxt qalıb. O an hələ yetişməyib, amma hiss edirik ki, tədbir artıq yaxınlaşır. Bütün nümayəndə heyətləri Paris görüşünə hazırlaşırlar”.
V. Marinesku Bakıdakı yarışın Dünya Cüdo Turunun incisi olduğunu vurğulayıb: “Biz turnir boyu tək tatami üzərində deyil, həm də güclü sosial layihələr vasitəsilə cüdo dəyərlərinin və idman ustalığının heyrətamiz nümayişi ilə tarix yazmışıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]