Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib
Bakı, 19 dekabr, AZƏRTAC
Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçiriləcək. Əvvəlcə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.
Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada birinci turun “Murov” - “Neftçi” oyunu təşkil olunacaq. Matç saat 17:00-da başlayacaq.
Hər üç görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı altı dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]