VOLEYBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONLARI MƏLUM OLDU
Kişilər və qadınlar arasında voleybol üzrə ölkə çempionatları başa çatmışdır. Voleybol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Metro” komandası bütün rəqiblərinə qalib gələrək, kişilər arasında ölkənin ən güclü komandası olmuşdur. İkinci yeri “Azərneft”, üçüncü yeri isə OMİK komandaları tutmuşlar. Xatırladaq ki, yüksək liqada kişilər arasında ölkə çempionatı dörd turda keçirilmişdir.
Əlamətdar haldır ki, komandalar Milli Olimpiya Komitəsinin Şəki, Naxçıvan, Gəncə və Bakı şəhərlərindəki olimpiya idman komplekslərində yarışmışlar.
Qadınlar arasında “Azərreyl-2” komandası ölkə çempionu olmuşdur. “Veteran” komandası gümüş, “Zenit” komandası isə bürünc medallar qazanmışdır.
Federasiyanın mətbuat xidmətindən onu da bildirmişlər ki, növbəti ölkə çempionatının oyunları bu il oktyabrın 15-də başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]