Volodimir Zelenski: Ukraynanın Rusiyada baş verən təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur
Kiyev, 24 avqust, AZƏRTAC
Rusiyada baş verən, içərisində “vaqnerçilər”in başçısı Yevgeni Priqojin və özəl hərbi şirkətin komandirlərinin olduğu ehtimal edilən təyyarə qəzası ilə Ukraynanın heç bir əlaqəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya lideri ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Dövlət başçısı Rusiya Federasiyasının Tver vilayətində bir gün əvvəl baş verən Yevgeni Priqojinin təyyarəsinin qəzasını şərh edib.
“Ukrayna təyyarələr baxımdan danışanda və dünya ölkələrinə müraciət edəndə biz bunu deyil, tamamilə ayrı məsələni nəzərdə tuturduq və dəstək istəyirdik. Yəqin ki, bu da hansısa mənada kömək olacaq. Birincisi, bizim bu vəziyyətlə əlaqəmiz yoxdur, bu dəqiqdir. Fikrimcə, bu məsələyə aidiyyəti olanlar hər şeyi dərk edirlər”, - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]