Vüqar Həşimov memorialında daha 3 tur oynanılacaq
Bakı, 19 dekabr, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirində bu gün növbəti 3 turun oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dördüncü turda təmsilçimiz Şəhriyar Məmmədyarov Rumıniya idmançısı Riçard Rapport, növbəti görüşdə hindistanlı Qukeş Dommaracu, günün son qarşılaşmasında isə ispaniyalı Valeho Pons ilə qarşılaşacaq. Rauf Məmmədov startda Valeho Pons, sonra ABŞ təmsilçisi Semuel Şenklendi sınağa çəkəcək, sonda komanda yoldaşı Aydın Süleymanlı ilə görüşəcək. A.Süleymanlı isə R.Məmmədovla yanaşı, Qukeş Dommaracu və Valeho Ponsla gücünü sınayacaq. Komandamızın digər üzvü Abdulla Qədimbəyli Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov, Rumıniya idmançısı Riçard Rapport, çinli Van Hao ilə üz-üzə gələcək.
Ötən üç turun nəticəsinə görə, aktivində 3 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 2,5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 2 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur.
İlk dəfə 2014-cü ildə Şəmkirdə keçirilən Vüqar Həşimov memorialında hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə qalib adına sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:11]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [15:23]
Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc təltif olunub
- 07.08.2026 [23:54]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]