Vüqar Həşimov Memorialında dördüncü tur başa çatıb
Şəmkir, 29 may, S.Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında dördüncü tur başa çatıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeysterlər Eltac Səfərli və Teymur Rəcəbov 33-cü gedişdən sonra heç-heçə ilə razılaşıblar.
Onlardan sonra Hollandiya təmsilçisi Aniş Qiri ağ fiqurlarla Pentala Harikrişnaya qalib gəlib. Hindli qrossmeyster 27-ci gedişin ardınca təslim olub.
Rus şahmatçı Sergey Karyakin və ukraynalı Pavel Elyanov 41-ci gedişdən sonra heç-heçə ilə razılaşıblar.
Rauf Məmmədov turnirin lideri Fabiana Karuanaya (İtaliya) məğlub olub. Azərbaycan qrossmeyster 52-ci gedişdən sonra ağ bayraq qaldırıb.
Turnirdəki yeganə qadın şahmatçı Hou İfanla (Çin) azərbaycanlı Şəhriyar Məmmədyarovun görüşü 56 gedişdə heç-heçə ilə başa çatıb.