Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azad Zəngilan həyatının yeni mərhələsini yaşayır

Vüqar Rəhimzadə: Azad Zəngilan həyatının yeni mərhələsini yaşayır

Bakı, 20 oktyabr, AZƏRTAC

İki il öncə dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi, tarixi Zəfərimiz dünyaya səs saldı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanatın imzalanmasına qədər ordumuzun Zəfər yürüşünü addım-addım izlədikdə hər anın tariximizə Qələbə səhifəsi kimi yazıldığını böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa növbəti Qələbə müjdəli müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Ümumilikdə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Fərəhli haldır ki, qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımız bu gün digər torpaqlarımız kimi, Zəngilanda da qürurla dalğalanır. Xalqımız bu anları səbirsizliklə gözləyirdi və əmin idi ki, dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində torpaqlarımız tarixi sahiblərinə qovuşacaq. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu əminliyi ifadə edirdi ki, biz bu torpaqlara qayıdacağıq. Qarabağ Azərbaycandır!

Otuz il düşmən tapdağı altında qalan, tamamilə dağıdılan, yerlə-yeksan olunan torpaqlarımızda iki ildir həyat qaynayır. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi görülən işlərin miqyasında özünün aydın ifadəsini tapır. Bu gün digər işğaldan azad edilən torpaqlarımız kimi, Zəngilan da həyatının yeni mərhələsini yaşayır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, iki ildir torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd etdiyimiz üçün qürurluyuq: “Biz bu torpaqlara gec-tez qayıtmalı idik. Azərbaycan bu illər ərzində hər bir sahədə gücləndi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı, gənclərimizə torpaq, Vətən sevgisi aşılandı. Müstəqilliyimizin bərpasının ilk illəri ilə bugünümüzü müqayisə etdikdə tamamilə fərqli bir Azərbaycanı görməklə yanaşı, ordumuzun gücü, qüdrəti beynəlxalq səviyyədə təqdir edilir, ən əsası ordu quruculuğu sahəsində görülən işlər gənclərimizi daha da ruhlandıraraq onların hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələrini şərtləndirir. Hansı ki, müstəqilliyimizin bərpasının ilk illərində vəziyyət tamamilə fərqli idi. Orduda fərarilik baş alıb gedirdi, gənclərimiz hərbi xidmətdən yayınırdılar. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu, dövlətimizin uğurlu və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır.”

“Dövlətimizin başçısı İlham Əliyevin digər sahələr kimi, ordu quruculuğuna göstərdiyi diqqət və qayğı tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 44 günün hər anında irəliyə doğru addımlayan, torpaqlarımızın işğaldan azad edilməsindən qürurlanaraq, döyüş ruhunu daha da artıran Azərbaycan əsgərləri canları, qanları ilə tarix yazmaqla bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Vüqar Rəhimzadə vurğulayıb ki, bugünümüzün əsas hədəfi azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq və soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını həyata keçirməkdir: “Artıq Böyük Qayıdışın ilk addımı atıldı. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında qurulur. Zəngilanın Ağalı kəndi bu layihənin reallaşdığı ilk məkan oldu. Bu il iyul ayının 19-dan Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Bu gün Ağalı kəndinin sakinləri onlar üçün yaradılan şəraitdən məmnundurlar. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonuna səfərləri çərçivəsində Ağalı kəndinin sakinləri ilə görüşdülər. Sakinlər burada onlar üçün müasir tələblərə cavab verən hər bir şəraitin yaradıldığını böyük məmnunluq hissi ilə qeyd etdilər. Bu gün artıq hər bir yeniliyi bu kəndin timsalında görmək mümkündür”.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə istifadəyə verilməsi nəzərdə tutulan üç Beynəlxalq Hava Limanından daha birinin - Zəngilan Beynəlxalq Hava Limanının bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti bu diyarın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Atılan bu kimi mühüm addımlar tarixi Qələbəmizin beynəlxalq aləmdə təsdiqinə, eyni zamanda, bu torpaqların malik olduğu turizm imkanlarından səmərəli istifadəyə geniş imkanlar yaradır. Ümumilikdə hər bir bölgənin inkişafında yol infrastrukturu mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bu ərazilərdə bərpa-quruculuq işlərinə start verilən zaman ilk olaraq infrastruktur layihələrinin uğurlu icrasını qarşıya mühüm vəzifə kimi qoydu”.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Zəngilana da hər səfəri yeni sosial obyektlərin təməlinin qoyulması və açılışı ilə yadda qalır: “Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ildönümündə bu rayona səfərləri də bu baxımdan zəngindir. Belə ki, dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldılar, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak etdilər. Göründüyü kimi atılan addımların davamlılığı ölkəmizin iqtisadi imkanlarının, xalqımızın nə qədər qurucu xalq olduğunun təqdimatıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası