“XACƏ NƏSİRƏDDİN TUSİ. BİBLİOQRAFİYA” KİTABI NƏŞR OLUNMUŞDUR
Kitab ensiklopedik biliyə malik görkəmli alimin müxtəlif elm sahələrinə aid dünyanın ayrı-ayrı xəzinələrində saxlanılan əlyazmalarının, bu əsərlərin müxtəlif dövrlərdə hayata keçirilmiş çapının, həmçinin Tusi və onun yaradıcılığı barədə yazılmış monoqrafiya və məqalələrin siyahısını əhatə edir.
Kitabın tərtibçiləri institutun əməkdaşları - filologiya elmləri namizədi Aydın Xəlilov və filologiya elmləri doktoru Azadə Musayeva, elmi redaktoru Məmməd Adılovdur.