Xaçmazın İstisu qəsəbə məktəbinin istilik sisteminin təbii qazla işləməsi təmin olunub
Xaçmaz, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu İstisu qəsəbə tam orta ümumtəhsil məktəbində mərkəzləşdirilmiş istilik sisteminin təbii qazla işləməsi təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari tədris ilinin əvvəlində istifadəyə verilən üçmərtəbəli, iki korpusdan ibarət məktəb binasının qızdırılması üçün bundan əvvəl dizel yanacağından istifadə olunurdu.
Artıq müvafiq dövlət qurumlarının mütəxəssisləri tərəfindən 320 şagird yerlik təhsil ocağının təbii qaz xəttinə qoşulması işləri yekunlaşıb. Fevralın 24-dən etibarən məktəbin mərkəzləşdirilmiş istilik sistemi vasitəsilə qızdırılması tam təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]