Xalça Muzeyində növbəti mühazirə Novruz ənənələrinə həsr edilib
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın təqdimatında “Unudulan Novruz adətləri” mövzusunda mühazirə keçirilib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayramının tarixi, onunla bağlı mərasim ənənələri, inanclar barədə ətraflı məlumat verilib. Həmçinin tarixən mövcud olan və tədricən unudulan Novruz adətlərindən danışılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. S.Qasımova müəllifi olduğu 2 kitabı muzeyin kitabxanasına hədiyyə edib.
Qeyd edək ki, karantin qaydalarına əsasən, tədbirdə 10 nəfər iştirak edib. Mühazirə muzeyin “Instagram” səhifəsindən canlı yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]