Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq şairi Zəlimxan Yaqubun “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Xalq şairi, türk dünyasının görkəmli ədibi Zəlimxan Yaqubun Qarabağ mövzulu şeirləri və 11 poeaması toplanmış “Qarabağ şikəstəsi” kitabının onlayn təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə reallaşıb. Konfransın təşkilinə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.

Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi Zəfərimizdən sonra Xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı “Qarabağ şikəstəsi” kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib, özəlliklə gənc nəslin bu kitabı sevə-sevə oxuyacağına, yaxın keçmişimizdə yaşananların, həqiqətlərimizin parlaq poetik ifadəsi ilə tanış olacağına inamını, ürək sözlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətinmizdəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib.

Komitə sədri Xalq şairi ilə yaxın dostluğundan, fikir mübadilələrindən söz açıb, xatirələrini bölüşüb: “Biz Zəlimxan Yaqubun Qarabağa, Azərbaycana, Türk dünyasına baxışını, böyük gələcəyə necə bir inam bəslədiyini yaxşı bilirik. Biz bu gün həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun Vətən mövzusunda, Qarabağ mövzusunda yazdığı şeirlərindən ibarət kitabın təqdimatına toplaşmışıq. Bu cür kitabların təqdim olunması, təbliğ edilməsi çox vacibdir. Zəlimxan Yaqub Türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi Türk dünyası ilə döyünürdü. Zəlimxan Yaqubla bağlı danışmaq mənim üçün həm asan, həm də çətindir. Çünki hələ orta məktəbdə oxuduğum illərdən Zəlimxan Yaqubun iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var.

Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tuturdu. Eyni zamanda, o inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idi və bu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib - ötən ilin payızında ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Zəfər qazandı.

Təqdim olunan kitabın adı da çox mənalı və diqqətçəkəndir - “Qarabağ şikəstəsi”. Kitabı ərsəyə gətirən Musa Nəbioğluna təşəkkür edir və bir şeyi də burda demək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türk coğrafiyası mövzusundakı şeirlərini də ayrıca kitab halında hazırlasın. Milli Məclisin Mədəniyyət komitəsi olaraq biz də bu işdə sizə dəstək olmağa hazırıq. Zəlimxan Yaqubun yaradıcılığına dövlətimiz də hər zaman böyük diqqət yetirib və inanıram ki, bundan sonra da belə olacaq”.

Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, “Zəlimxan Yaqub öz dəst-xəti ilə seçilən şairdir. Onun yaradıcılığında vətənpərvərliklə yanşı, türkçülüyü tərənnüm və təbliğ edən şeirlər xüsusi yer tutur, bu da, özəlliklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu gün təqdimatı keçirilən kitab, Zəlimxan Yaqubun Qarabağ və Vətənin bütövlüyü uğrunda döyünən ürəyinin çırpıntılarıdır”.

Ardınca Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli çıxış edərək, Zəlimxan Yaqub yaradıcılığının Türk dünyası miqyasında diqqət gördüyünü, şairin yaradıcılığında qardaş ölkə və xalqlara geniş yer ayrıldığını məmnunluqla qeyd edib: “Zəlimxan Yaqubun yaradıcılığının məhsuldar dövrü Azərbaycanın müstəqillik və eyni zamanda, torpaqlarımızın işğalı ilə bağlı çox çətin bir dövrə təsadüf edir. Şairin Qarabağ mövzusundan yazdığı əsərlərin bir kitabda toplanaraq təqdim olunması çox təqdiralayiq haldır və buna görə mən toplunun tərtibçisi Musa Nəbioğluna təşəkkür edirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, Zəlimxan Yaqubun Türk dünyası, türkçülük mövzusunda yazdığı əsərlərin də ayrıca kitab halında nəşr olunması ilə bağlı hörmətli Qənirə xanım Paşayevanın təşəbbüsünü dəstəkləyir və demək istəyirəm ki, Beynəlxalq Türk Akademiyası olaraq biz də bu işdə hər cür dəstək göstərməyə hazırıq”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yaxın dostu olmuş Zəlimxan Yaqubun şəxsiyyəti, yaradıcılığının dərinliyi və üfüqü haqqında danışıb: “Zəlimxan Yaqubun haqqında danışılanlar, yazılanlar şəxsən mənim üçün çox doğmadır.

Zəlimxan Yaqub poeziyamızda, xalqımızın tarixində sınaqdan keçmiş ideyaları XX əsrin sonlarında öz yaradıcılığında yaşadan, təbliğ edən şairdir. Zəlimxan Yaqub nə yazıbsa türk dünyası üçün, Azərbaycan üçün əhəmiyyətlidir. Qarabağ müharibəsinin sərkərdəsi var, qəhrəmanları var və eyni zamanda, onun tarixini yazanlar var. Zəlimxan Yaqub da bu tarixi yazanlardan və qələbəmizin mənəvi hazırlığını təmin edən böyük söz ustadlarından biridir. Bu kitabın hazırlanmasında hörmətli Musa Nəbioğlunun böyük xidməti var. Özü də bu onun birinci xidməti yox, onlarla xidmətindən biridir. Əlbəttə, biz Zəlimxan Yaqubun Qarabağ mövzusunda çox yazdığını bilirdik. Bu kitabda bir daha görürük ki, şair bu mövzuda 11 poema və 100-ə yaxın şeirin müəllifidir. Musa Nəbioğlu kitaba həm də çox məzmunlu bir ön söz də yazıb. Qələbəmizdən sonra belə bir kitabın nəşr olunması həm də onu göstərdi ki, əsgərlərimiz hansı mənəvi güclə döyüşə atıldılar və qələbəni təmin edən ruh hansı mənəvi gücdən qidalanır.

Zəlimxan Yaqubun yaradıcılığında Türk dünyası mövzusu mühüm yer tutur və şeirlərində Türk dünyasından Qarabağa baxış öz əksini tapır.

Zəlimxan Yaqub bu gündə xalqımızın mübarizəsində iştirak edir. Mən də Qənirə xanımın bu fikri ilə razıyam, demək olmaz ki, Zəlimxan Yaqub Qələbəmizi görmədi. O, bütün ruhu ilə bu Qələbəni hazırlayan adamlardan idi və xalqımızın bundan sonrakı bütün Qələbələrində də ruhu ilə iştirak edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Zəlimxan Yaqubla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan ədəbiyyatında rolunu qeyd edib.

Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında layihənin həyata keçirilməsində ona dəstək olan Namiq Yaqubova və üz qabığının rəssamı Azər Ziyadxana minnətdarlığını bildirib.

Çıxışlarda Zəlimxan Yaqub yaradıcılığını şəxsiyyəti, şəxsiyyətinin yaradıcılığı ilə bir bütövlük təşkil etdiyi vurğulanıb.

Aşıq Altay Məmmədli ustadın “Qarabağ şikəstəsi” şeirini “Qarabağı”, Aşıq Elməddin Məmmədli isə “Qələbə” şeirini “Misri” aşıq havası üstə ifa edib. Aşıqların ifası onlayn tədbirə xüsusi rəng qatıb.

Tədbirdə ustad şairin öz ifasında məşhur “İlk andımız, son andımız Turandı” şeiri səsləndirilib.

Zəlimxan Yaqub ailəsinin üzvü Bəhlul Yaqubov onlayn tədbirin təşkilində əməyi olan bütün qurum və quruluşlara, çıxışçılara ailə adından təşəkkür edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb