Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin sentyabrı

Bakı, 15 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

1 sentyabr. Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupuna ABŞ-ın yeni təyin olunmuş xüsusi nümayəndəsi Keri Kavanonu qəbul etdi.

2 sentyabr. Rusiyanın xarici işlər naziri İqor İvanov ilə görüşdü.

4 sentyabr. YAP-ın İdarə Heyətinin, siyasi şurasının, partiyanın qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvləri ilə görüşdə nitq söylədi.

9 sentyabr. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Sadako Oqata ilə görüşdü.

9-11 sentyabr. Ukraynada səfərdə oldu.

13 sentyabr. ABŞ-ın yeni müstəqil dövlətlərə yardım üzrə əlaqələndiricisi səfir Uilyam Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

15 sentyabr. Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Daneti qəbul etdi.

17 sentyabr. Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel-Conston ilə görüşdü.

18 sentyabr. ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knuq Vollebeki qəbul etdi.

20 sentyabr. “Əsrin müqaviləsi”nin 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.

25 sentyabr. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero ilə görüşdü.

30 sentyabr. Bakıda Binə Beynəlxalq aerovağzalının yeni kompleksinin açılış mərasimində iştirak etdi.

X X X

Xronologiyadan göründüyü kimi, 1999-cu ilin sentyabrı beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycana səfərləri ilə zəngin ay olub. Ulu Öndər Heydər Əliyev onlarla bütün görüşlərində xalqımızın milli mənafeyini hər vasitə ilə müdafiə edir, Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmada ikili standartların yolverilməz olduğunu vurğulayırdı. Belə görüşlərdən biri də 1999-cu il sentyabrın 1-də ATƏT-in Minsk qrupunda ABŞ-ın yeni təyin edilmiş xüsusi nümayəndəsi Keri Kavano ilə oldu. Heydər Əliyev ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair “ümumi dövlət” təklifinin qəbuledilməz olduğunu bir daha diqqətə çatdırdı: “Hətta iş o dərəcəyə gəlib çatıb ki, Amerikanın Konqresində, məsələn, Bakı-Ceyhan neft kəməri haqqında qərarlar qəbul ediləndə konqresmenlər təklif veriblər ki, əgər Azərbaycan “ümumi dövlət” prinsipini qəbul etməsə, Bakı-Ceyhan neft kəmərinin çəkilməsi qadağan olunsun. Məlumdur ki, bu təklif qəbul olunmayıb.

Amma iş onda deyildir. İş bu faktın özlüyündədir. Biz iki dəfə Minsk qrupunun təkliflərini qəbul edəndə, Ermənistan qəbul etməyəndə heç kəs Ermənistanı suçlamadı, günahlandırmadı, qınamadı, məhkum etmədi ki, nə üçün o, bu təklifləri qəbul etmir. Amma biz Minsk qrupunun təklifini qəbul etməyəndə bizim əleyhimizə məqalələr yazılır, bizim əleyhimizə çıxışlar edilir və bizi məcbur edirlər ki, bu formulu qəbul edək. Ona görə də bizdə belə bir təəssürat yaranır ki, Minsk qrupunda da ədalətsizlik prinsipləri özünü göstərir. Onda biz kimə inanaq?”.

Heydər Əliyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı xanım Sadako Oqata ilə görüşündə isə Azərbaycandakı məcburi köçkünlərə beynəlxalq təşkilatların biganə münasibətindən narazılığını dilə gətirdi.

Sitat: Siz bir, ya iki düşərgədə olmusunuz. Azərbaycanın ərazisində onlarca belə düşərgə var. Hörmətli xanım, bilirəm, siz bu işlərlə çox illərdir məşğul olursunuz. Təbiidir ki, siz başqa ölkələrdə də qaçqınlar görmüsünüz, onların yaşadığı şəraiti görmüsünüz. Ancaq Azərbaycan qaçqınları kimi dəhşətli vəziyyətdə yaşayanlar inanmıram ki, dünyanın başqa bir yerində var. Bizim də, siz gördüyünüz həmin qaçqınların, köçkünlərin də bir məqsədi var: işğal edilmiş torpaqların azad olunması, onların öz yerlərinə qayıtması.

Mənə söylədilər ki, siz Füzuli rayonunun işğaldan azad edilmiş bir hissəsində olmusunuz. Orada BMT-nin, Dünya Bankının yardımı ilə bəzi bərpa işləri aparılıb, onları da görmüsünüz. Amma eyni zamanda orada dağıdılmış evləri də görmüsünüz, elədirmi? Siz bunları balaca bir dairədə görmüsünüz. Təsəvvür edin ki, Azərbaycan ərazisinin 20 faizində bütün evlər, xəstəxanalar da, məktəblər də, kitabxanalar da, mədəniyyət sarayları da - hamısı belə dağıdılıbdır. Amma təəssüflər olsun ki, dünya ictimaiyyəti, o cümlədən Birləşmiş Millətlər Təşkilatı bu cür barbarlığa, vandalizmə lazımi qədər fikir vermir. Mən niyə belə kəskin deyirəm? Çünki həmişə bizimlə danışanda Ermənistanla Azərbaycanın vəziyyətini eyni səviyyədə tuturlar. Hesab edirlər ki, münaqişə var, günahkar hər iki tərəfdir, gedin münaqişəni həll edin. Ancaq hansı tərəf nə zərər çəkibdir - bunu nəzərə alan yoxdur.

Ulu Öndər ATƏT-in ozamankı sədri, Norveçin xarici işlər naziri Knut Vollebek ilə görüşündə bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsində işğalçını və işğala məruz qalanı bərabər tutmasına qəti etirazını bildirdi: “Ümumiyyətlə, mən çox təəssüf edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in özü də çox vaxt Ermənistan-Azərbaycan münaqişəsində vəziyyəti bərabərləşdirirlər. Amma həqiqət belə deyildir. Birincisi, münaqişəni Ermənistan başlayıb, çünki Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddia edib, onu ələ keçirmək istəyibdir. Demək, münaqişənin səbəbkarı Ermənistandır. İkincisi, Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan, oradan bütün azərbaycanlılar zorla çıxarılandan sonra həmin qüvvələr Dağlıq Qarabağın ətrafında sırf azərbaycanlılar yaşayan yeddi inzibati rayonu da işğal etdilər və orada olan insanları yerlərindən-yurdlarından çıxardılar...

Biz Ermənistan torpağının bir metrini də işğal etməmişik. İndi onlar Dağlıq Qarabağı faktiki olaraq ələ keçiriblər. Mən bir çox başqa faktlar da gətirə bilərəm. Amma bu dediklərim də əsas verir ki, sizə bildirim: Ermənistanla Azərbaycanı bərabər vəziyyətdə qiymətləndirmək olmaz. Bir də təəssüf edirəm ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-də belə fikir hökm sürür”.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin beynəlxalq mövqeyini xeyli möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı. Müqavilənin imzalanmasının 5 illiyinə həsr olunmuş mərasimdə çıxış edən Heydər Əliyev ötən müddətdə əldə edilən nailiyyətlərə toxundu, bu müqavilənin beynəlxalq əhəmiyyət kəsb etdiyini vurğuladı.

Heydər Əliyevin “Əsrin müqaviləsi”nin 5-ci ildönümünə həsr edilmiş mərasimdəki çıxışından

• “Əsrin müqaviləsi” və onun icrasının beşillik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş xarici və daxili siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir.

• Azərbaycan beş il bundan əvvəl “Əsrin müqaviləsi”ni imzalayandan sonra başqa Xəzəryanı ölkələr də Xəzər dənizindəki öz sektorlarında, sahələrində neft və qaz yataqlarının işlənilməsinə başlayıblar. Beləliklə, Azərbaycan Xəzər dənizinin zəngin neft və qaz yataqlarını aşkar edib, Azərbaycan Xəzər dənizində neft və qaz hasilatının təmin olunmasında böyük rol oynayıbdır. Azərbaycan indi, XX əsrin sonunda, XXI əsrə gedərək Xəzər dənizinin bütün enerji sərvətlərindən, ehtiyatlarından təkcə Azərbaycan üçün yox, bütün dünya üçün, o cümlədən bütün Xəzəryanı dövlətlər üçün istifadə edilməsinin əsasını qoyubdur. Biz bu gün bununla fəxr edirik. Bütün bunlara görə “Əsrin müqaviləsi” və bizim gördüyümüz işlər böyük tarixi əhəmiyyət kəsb edir. Bütün bunlara görə “Əsrin müqaviləsi” beynəlxalq əhəmiyyət kəsb edir. Bütün bunlara görə də beş il bundan əvvəl imzalanmış müqavilə məhz “Əsrin müqaviləsi” adlandırılıb.

• Bizim gördüyümüz işlər və gələcəkdə görəcəyimiz işlər həm Azərbaycanın bu günü üçündür, həm də Azərbaycanın gələcəyi üçündür. Biz öz ölkəmizi əbədi müstəqil, azad dövlət etmək istəyirik. Biz buna nail olmuşuq. Ancaq hələ müstəqilliyimizi, iqtisadi, siyasi müstəqilliyimizi təmin etmək üçün çox işlər görmək lazımdır.

• Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir.

• “Əsrin müqaviləsi”ndən, digər müqavilələrdən əldə olunan böyük gəlirlər, sərvətlər Azərbaycan xalqının gələcək nəsillərinin firavan yaşaması üçün əsas yaradır. Bu, bizim onların qarşısında olan borcumuzun yerinə yetirilməsidir.

X X X

Xatırladaq ki, “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən 2017-ci ilədək “Azəri-Çıraq-Günəşli” yatağından 436 milyon ton neft hasil edildi. İyirmi üç il ərzində müqavilənin uğurlu icrasının nəticəsi idi ki, 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək