Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin avqustu

Bakı, 7 oktyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 avqust. Prezident Heydər Əliyev Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbirdə iştirak etdi və nitq söylədi.

5 avqust. “Aksoy Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ərdal Aksoyu qəbul etdi.

6 avqust. İran xarici işlər nazirinin Asiya, Okeaniya və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə müavini Möhsün Əminzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

9 avqust. Rusiya nümayəndə heyətini qəbul etdi.

10-15 avqust. Naxçıvan Muxtar Respublikasında səfərdə oldu. Səfər çərçivəsində Naxçıvan Ali Məclisində müşavirə keçirdi. Şahbuz, Sədərək, Şərur və Babək rayonlarının sakinləri ilə görüşdü. AMEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə nitq söylədi və digər tədbirlərdə iştirak etdi.

19 avqust. Türkiyənin Dövlət naziri Rəşad Doğrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı müşavirə keçirdi.

20 avqust. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etdi.

21 avqust. Nizami rayonundakı “Heydər parkı”nda sakinlər qarşısında nitq söylədi.

23 avqust. Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətini qəbul etdi.

24 avqust. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı səsvermə zamanı jurnalistlərin suallarını cavablandırdı.

27 avqust. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Klaus Qrevlixi qəbul etdi.

28 avqust. Türkiyənin dənizçilik məsələləri üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

29 avqust. Ukrayna Baş nazirinin müavinini qəbul etdi.

30 avqust. Ali məktəblərə ən yüksək balla qəbul olunmuş tələbələrlə görüşdü.

X X X

Ulu Öndər blokada şəraitində yaşayan Naxçıvanın üzləşdiyi problemlərin həllinə, Muxtar Respublikanın təhlükəsizliyinin və inkişafının təmin olunmasına xüsusi dıqqət göstərir, doğulub boya-başa çatdığı yurda vaxtaşırı səfərlər edirdi. Bu səfərlərdən biri 2002-ci il avqustun 10-da baş tutdu. Xronologiyadan göründüyü kimi, altı gün davam edən səfərin proqramı olduqca zəngin idi: Muxtar Respublikanın Ali Məclisində müşavirə, AMEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş tədbir, Vayxır su anbarının tikintisi ilə tanışlıq, Şahbuz, Sədərək, Şərur və Babək rayonlarının sakinləri ilə görüşlər...

Ali Məclisdə keçirilən müşavirədə nitq söyləyən Heydər Əliyev Muxtar Respublikanın çoxsaylı problemlərindən, onların həlli istiqamətində görülən işlərdən danışdı. Paytaxt Bakı ilə nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasının, xüsusən əhali artımının vacibliyini vurğuladı.

Sitat: Muxtar Respublikanın 400 min nəfərə qədər əhalisi var. Əhalinin artımı da yaxşıdır və artmalıdır. Güman edirəm ki, əsl naxçıvanlılar Naxçıvanı qoyub heç yerə getməməlidirlər. Mən indi də deyirəm, əgər o vaxt Azərbaycanda elə ağır vəziyyət olmasaydı və orada mənə böyük ehtiyac olmasaydı, mən Naxçıvandan getməyəcəkdim. 1991-ci ildə mən Naxçıvana o məqsədlə gəlmişdim ki, ömrümün sonuna qədər burada yaşayım”.

Prezident Heydər Əliyev Muxtar Respublikaya səfər ərəfəsində - avqustun 7-də Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması haqqında Sərəncam imzalamışdı. Səfər zamanı isə bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirdi. Müşavirədəki çıxışında qarşıda duran vəzifələr haqqında fikirlərini paylaşaraq dedi ki, Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixi, mədəniyyəti, elmi, ədəbiyyatı yenidən dərindən araşdırılmalı, bu barədə elmi əsərlər, populyar kitablar yazılmalıdır.

Ulu Öndər, həmçinin Naxçıvan təbiətinin, bu qədim yurddakı təbiət abidələrinin öyrənilməsinin vacibliyini vurğulayaraq dedi: “Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur”.

Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə çıxış edən Prezident Heydər Əliyev bildirdi ki, bu anbar Muxtar Respublikanın sosial-iqtisadi həyatında böyük rol oynayacaq, Naxçıvanın su təminatı məsələsi biryolluq həll olunacaq.

Qeyd edək ki, Heydər Əliyevin adını daşıyan Vayxır su anbarı 2005-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Ümumi həcmi 100 milyon kubmetr olan su anbarı 16 min 830 hektar sahəni suvarmağa imkan yaradır.

Vətənin gələcəyini düşünən, elm və təhsili milli intibahın əsas vasitəsi hesab edən Ulu Öndər hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların hazırlanmasını təmin etmək məqsədilə keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində respublikamız üçün illik kvotalar ayrılmasına nail olmuşdu. Onun təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində müxtəlif ixtisaslar üzrə 15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis hazırlanmışdı.

Müstəqillik illərində də təhsilin inkişafını prioritet vəzifələrdən biri hesab edən Heydər Əliyev avqustun 30-da 2002/2003-cü tədris ilində ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşdü. Ali məktəblərə qəbulun test üsulu ilə aparılmasının üstünlüyünü vurğulayaraq dedi: “Müsbət nəticəsi olduğu üçün də biz bu üsulu dəstəkləyirik və onun Azərbaycanda davam etməsi üçün lazımi imkanlar yaratmışıq və yaradacağıq. Biz ali məktəblərə qəbul ilə əlaqədar keçmişdə də çox üsullardan istifadə etmişdik ki, qəbul ədalətli olsun, ancaq biliyi olanlar ali məktəblərə qəbul edilsinlər. Ancaq təəssüflər olsun ki, ovaxtkı tədbirlər istənilən nəticəni verməmişdir. Test üsulu onlara nisbətən xeyli mütərəqqi üsuldur”.

Prezident çıxışında təhsillə bağlı narahatedici məqamlara, çatışmazlıqlara da toxundu.

Sitat: Məni narahat edən ümumi təhsil, yəni bizim gənclərin ilkin təhsili, orta məktəblərdəki vəziyyət, orta məktəbin verdiyi təhsil və bu məktəbləri qurtaran uşaqların bilik səviyyəsidir. Məni narahat edən budur. Bu, ümumiyyətlə, bizim xalqın bilik səviyyəsini göstərir. Çünki çox yüksək nəticələr əldə edən ayrı-ayrı insanlar, yaxud da ki, tələbələr, elmi işlə məşğul olanlar hələ xalqın, millətin ümumi bilik səviyyəsini göstərə bilməz. Onun göstəricisi ola bilməz. Bu göstərici orta məktəblərdədir.

Ulu Öndər çıxışının sonunda görüşə dəvət olunmuş tələbələrə müraciətlə dedi: “İndi Azərbaycanın ali məktəblərində təhsil alan gənclər, siz ölkəmizin gələcəyisiniz. Özü də yaxın gələcəyi yox, uzaq gələcəyisiniz. Azərbaycan gələcəkdə sizin kimi gənclərdən formalaşmış insanların çiyinlərində yaşayacaqdır, inkişaf edəcəkdir. Mən də arzu edirəm ki, Azərbaycanın müstəqilliyi, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət davam etsin, Azərbaycan müstəqil dövlət kimi daim uğurla yaşaya bilsin. Xalqımızın rifah halı, həyatı gündən-günə yaxşılaşsın. Bunun üçün də çalışmaq lazımdır, fədakarlıq göstərmək lazımdır və sizin kimi gənclər özlərini gələcəyə hazırlamalıdırlar. Mən sizə və bütün gənclərə, bütün tələbələrə Azərbaycanın gələcəyi ilə əlaqədar böyük ümidlərlə baxıram”.

Əsası Ümummilli Lider tərəfindən qoyulan bu ənənə, təhsilə dövlət qayğısı sonrakı dövrdə də uğurla davam etdirilib. 2003-2023-cü illərdə respublikada minlərlə məktəb binası tikilib və ya əsaslı təmir olunub. Qəbul imtahanlarında ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələr üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdü təsis edilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hazırda yüzlərlə azərbaycanlı gənc xaricdə təhsil alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO