XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Steynhar Qili qəbul etmişdir.
Nazir Vilayət Quliyev səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Norveçlə Azərbaycan arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulamışdır. Nazir səfirin bu vəzifədə ikitərəfli əlaqələrin daha geniş sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirmişdir.
Öz növbəsində səfir Steynhar Qil Bakıdakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərin və işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün var qüvvəsini əsirgəməyəcəyini bildirmişdir.
Sonra səfir Steynhar Qil öz etimadnaməsinin surətini nazir Vilayət Quliyevə təqdim etdi.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]