Xarkov “Dostluq” cəmiyyətindən olan həmvətənlərimiz Qurban bayramı münasibətilə uşaq evinin sakinlərinə baş çəkəcəklər
Kiyev, 14 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Xarkov vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin (“Dostluq”) idarə heyəti müsəlmanların müqəddəs bayramı olan Qurban bayramı münasibətilə qurban kəsilməsi mərasimi keçirəcəkdir.
Xarkov məscidi ərazisində keçiriləcək bayram mərasimində “Dostluq” cəmiyyətinin üzvləri, dindar həmvətənlərimiz, müsəlman dünyasının digər millətlərinin və xalqlarının təmsilçiləri iştirak edəcəklər.
Ənənəyə uyğun olaraq, dua oxunduqdan və qurban kəsildikdən sonra qoyunun cəmdəyi Xarkov vilayətindəki “Harmoniya” uşaq evinin sakinlərinə göndəriləcəkdir.
Uşaqlara Qurban bayramı, onun qeyd olunması və özəllikləri barəsində də məlumat veriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]