Xatirə turnirində 4 şahmatçı liderlər qrupunda mübarizə aparır
Bakı, 14 oktyabr, AZƏRTAC
Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş 8, 10, 12, 14 və 16 yaşlı şahmatçılar arasında respublika turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin beş turunun oyunlarının nəticəsinə görə, Cahandar Azadəliyev (U-12) 4,5 xalla və əlavə nəticələrə görə birinci pillədə qərarlaşıb. Onunla eyni xalı toplayan Kamal İsfəndiyarlı (U-14), Süleyman Süleymanlı (U-16) və Tunar Davudov (U-12) sonrakı yerləri tuturlar.
Yeddi turdan ibarət olan turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]