Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xəstəlik əlamətlərini internetdə axtarmaqdansa, həkimə müraciət etməyi məsləhət görərdim” - MÜSAHİBƏ

“Xəstəlik əlamətlərini internetdə axtarmaqdansa, həkimə müraciət etməyi məsləhət görərdim” -  MÜSAHİBƏ

Bakı, 31 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan gəncləri hər zaman ölkə xaricində də uğurlu addımlar atıb, bilik və bacarıqları ilə seçilib, Vətənimizi layiqincə təmsil ediblər. Onları tanımaq, həmçinin gənc nəslə tanıtmaq isə vacib məsələlərdəndir. Çünki öz iradəsi, əzmkarlığı, çalışqanlığı və biliyi ilə seçilən bu insanlar yetişməkdə olan nəslin həyat yoluna düzgün istiqamət verə bilərlər. Belə istedadlı gənclərdən biri də həkim Samir Zeynalovdur.

Almaniyanın “Helios Kliniken Kassel” xəstəxanasının qastroenterologiya ixtisası üzrə mütəxəssisi Samir Zeynalov AZƏRTAC-ın suallarını cavablandırıb.

-Salam Samir həkim, Vətəndən uzaqda olsanız da, müasir texnologiyalar sayəsində bu məsafələr qısalır. Elə bugünkü onlayn görüşümüz kimi... Zəhmət olmasa, özünüz barədə məlumat verəsiniz?

-Mən 1985-ci ildə Moskvada dünyaya gəlmişəm. Ailəm atamın işi ilə bağlı bir neçə il Moskvada yaşayıb. Daha sonra Bakıya köçmüşük və uşaqlıq illərim orada keçib. Orta məktəbi və ali təhsilimi də Bakıda bitirmişəm. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə-profilaktika fakültəsində oxumuşam, internatura proqramı isə Sumqayıt şəhərinin 1 nömrəli xəstəxanasında kardiologiya ixtisası üzrə olub.

- Bəs, necə oldu ki, bu sahəni seçdiniz? Yəni, həkimliyə maraq haradan yarandı?

- Bu peşəyə maraq məndə uşaqlıqdan yaranıb. Məktəbdə oxuyanda hər zaman təbiət elmlərinə maraq göstərdiyimi xatırlayıram. Çalışırdım ki, bu sahədə daha yaxşı olum. Təhsildə bir müddət sonra dərslər bölünür. O zamanlar belə dəqiq elmlərə xüsusi həvəsli idim: kimya, biologiya, anatomiya, coğrafiya və xüsusilə riyaziyyat... Dərslərdə keçirilən praktiki məşqləri, eksperimentləri, kitablardakı mövzuları hər dəfə sınamağa çalışırdım. Elə həmin yaşlarımda tibb sahəsini özümə hədəf kimi qoymuşdum. Məktəb vaxtı ən çox zaman keçirdiyim riyaziyyat fənni olub. Hər gün müəllimin verdiyi tapşırıqlardan iki-üç mövzu əlavə edirdim. Hətta məktəbli olarkən həkimlərlə bağlı jurnallar, kitablar oxuyurdum. Mənim oxuduğum illərdə təəssüf ki, internet kimi geniş imkanlar yox idi. Həmin dövrlər yeni məlumatların əldə edilməsi olduqca çətin və vaxt aparan iş idi. Telekanallarda verilən tibbi verilişlərə baxaraq, ixtisasın müxtəlif sahələri ilə maraqlanırdım.

Universitetdə oxuduğum dövrdə qarşıma hər hansı ixtisası hədəf kimi seçmədim. Hətta bütün sahələrdə peşəkarlaşmaq arzusunda idim. Etiraf edim, sonradan daxili xəstəliklərin müalicəsi sahəsinə marağım daha çox olub. Bilirsiniz, cərrahiyyə sahəsində əsas praktiki məşğuliyyətdir. Xəstəlik vaxtı göstərilən tibbi müdaxilələr, əməliyyatlar daha çox əl qabiliyyəti tələb edir. Mənim də bununla bağlı bildiyim metodlar kifayət qədər idi. Daxili xəstəliklər üzrə mütəxəssis-həkimlər pasiyentlə ilk kontaktda olan insanlardır. Dünya praktikasında dəfələrlə sübut edilib ki, xəstənin ilk müraciəti məhz daxili xəstəliklər üzrə mütəxəssis və ya ailə həkiminə olur.

Daxili xəstəlikləri öyrəndikdən sonra məndə kardiologiyaya maraq yarandı. Bu səbəbdən internaturanı proqramını məhz kardiologiya şöbəsində bitirdim. Daha sonra hərbi xidmətə yollandım və xidmətdən geri döndükdə alman dilini öyrənməyə başladım. Xatırlayıram ki, həmin dövrlər Azərbaycan Təhsil Nazirliyinin Almaniyada təhsillə bağlı bir sıra proqramları var idi. Ancaq həmin proqramlarda alman dilini bilmək vacib məqamdır. 2011-ci ildə alman dilini öyrənməyi yekunlaşdırsam da, həmin proqramların müraciət vaxtı bitmişdi. Lakin bu, məni qarşıma qoyduğum məqsəddən uzaqlaşdırmadı. Özüm müraciət etməyə başladım. Bir il müddətində mənə cavab məktubları gəldi və həmin bir il ərzində mən alman dilini təkmilləşdirdim. Müraciətlərin pozitiv cavabı gəldikdə isə Almaniyaya gəldim və o zamandan burada həkim kimi fəaliyyət göstərirəm. Hazırda əsas məqsədim qastroenterologiyanı daha dərindən öyrənmək və müalicə metodlarını inkişaf etdirməkdir.

-Yəqin ki, ⁠Almaniyada sizə müraciət edən azərbaycanlı pasiyentləriniz də olur...

-Bəli, kifayət qədər həmyerli pasiyentim var. Düzünü desəm, azərbaycanlı soydaşlarım hər hansı bir xəstəliklə bağlı mənə güvənib müraciət edəndə, qürur hissi duyuram. Çünki onlar mənə etibar edir, digər əyalətlərdən, hətta Avropanın başqa ölkələrindən müalicə üçün gəlirlər. Hər zaman çalışıram mənə müraciət edən xəstələr razı qalsınlar.

-⁠ Pasiyentlərinizə nə məsləhət görürsünüz?

-Bəzən pasiyentlər xəstəliklərinin əlamətlərini internetdə araşdırırlar. Ancaq bu, müəyyən mənada düzgün deyil. Çünki xəstəliklərin ortaq əlamətləri çox olur. Məsələn, mədə-bağırsaq xəstəliklərinin bir çoxu xroniki formada keçir. Bunlar hətta oynaq və dəri problemləri yarada bilir. Xəstə bunu oynağında hər hansı bir ağrı və ya dəridə səpki kimi qiymətləndirir. İnternetdə araşdırdığı da məhz bu mövzu olur. Nəticədə isə müəyyən ağırlaşmalar yaşana bilər. Bu səbəbdən məsləhət görərdim ki, bədənin hər hansı bir nahiyəsində və ya orqanında ağrı hiss etdikdə ilk olaraq mütəxəssisə, yəni həkimə müraciət edəsiniz. Bütün xəstəliklərin ilkin kompleks müayinəsinə ehtiyacı var. Bu, mənim də tətbiq etdiyim bir metoddur.

Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə və ya bu problemlərdən qorunmaq istəyənlərə ilk məsləhətim odur ki, qəbul etdikləri qidalara və qida rejiminə ciddi riayət etsinlər. Bütün həkimlərin ilkin məsləhəti zərərli vərdişləri tərgitməkdir. Bəzən pasiyentlər düşünürlər ki, “mən artıq tütün məhsulundan istifadə etmirəm, ancaq heç bir fərq yoxdur”. Bütün zərərli vərdişlərdən uzaq durmağın effekti bir müddət sonra hiss olunur.

-Son olaraq, ATU-da təhsil alan gələcəyin həkimlərinə hər hansı sözünüz varmı?

-Mənim gələcək həkimlərə tövsiyəm ondan ibarətdir ki, çoxlu əlavə məlumat əldə etsinlər, oxusunlar. Çünki həkim gərək daim öz üzərində çalışsın. Öyrəndikləri informasiyanı bir neçə mənbədən oxusunlar və praktiki tətbiq etməyə çalışsınlar. Bundan əlavə, sırf bir sahə üzrə hədəf seçməyin və özünüzü tibbin bütün sahələrində inkişaf etdirməyə, paralel olaraq öz ixtisasınızı da dərindən yiyələnməyə çalışın.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib