Xətai rayonunun ekoloji vəziyyəti yaxşılaşdırılır
Bakı, 6 avqust (AZƏRTAC). Paytaxtın Xətai rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 75 min kvadratmetrdən çox ərazidə yaşıllıq massivləri salınıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Xocalı parkı boyunca isə müxtəlif ölkələrdən gətirilən gül və ağac kolları əkilib.
Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlanıb və bu görülən işlərin əsas tərkib hissəsidir.
Bundan əlavə, rayon ərazisindəki yolların təmiri və tikintisi də diqqətdə saxlanılıb. Belə ki, Gəncə prospektində hərəkətin təhlükəsizliyi baxımından bu yol ikitərəfli olmaqla yenidən qurulur və prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunur.
Xocalı prospektində bütün yeraltı kommunikasiya xətləri dəyişdirilib, prospekt bütövlükdə yenidən qurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]