XƏTAİNİN ƏSƏRLƏRİ TƏRCÜMƏ EDİLƏRƏK NƏŞR OLUNACAQDIR
Bu işlər Şah İsmayıl Xətai Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçiriləcəkdir. Fondun sədri Təvəkkül Əliheydəroğlu bildirib ki, şairin “Divani-Xətai” əsərinin əlyazması Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda, “Divan”ı Parisin Milli Kitabxanasında türk əlyazmaları içərisində, “Nəsihətnamə”si Britaniya Muzeyinin türk əlyazmalar şöbəsində, Şeyx Səfinin əlyazmaları isə İran İslam Respublikasının Milli Muzeyində saxlanılır.
Bunlardan başqa, Ermitajda, İranın Ərdəbil şəhərində, Avropanın daha bir neçə ölkəsində və şəxsi arxivlərdə Şah İsmayılın əlyazmaları qorunur.
Hazırda həmin əlyazmaların surətlərinin Bakıya gətirilməsi ilə bağlı danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO
- 29.09.2026 [20:37]