XƏZƏR DƏNİZİ REGİONUNDA ENERJİ DAŞIYICILARI HASİLATININ PERSPEKTİVLƏRİ ABŞ ÜÇÜN VACİBDİR
S.Mənn bildirmişdir ki, ABŞ Xəzər dənizi regionunda enerji daşıyıcılarının hasilatı perspektivlərinə xüsusi diqqət yetirir. Biz Mərkəzi Asiya ölkələrindən çəkilmiş neft kəmərləri ilə bağlı məsələlərə daim diqqət yetiririk. Bakı-Tbilisi-Ceyhan neft kəməri burada əsas elementdir.
Amerikalı diplomat demişdir: Hamımız – Rusiya, ABŞ və region ölkələri üçün vacibdir ki, enerji daşıyıcılarının satışından əldə edilən gəlirdən, xüsusən, Qazaxıstan, Azərbaycan və Türkmənistanda necə istifadə
olunacaqdır.