Xəzər dənizində növbəti monitorinqlər keçiriləcək
Bakı, 2 noyabr, AZƏRTAC
Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə noyabrın 4-də dənizdə növbəti monitorinqlərə başlanılacaq.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya institutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən noyabrın 4-dən 16-dək Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Cənub-Şərqi Qoltuq, Kürdili və Lənkəran məntəqələrində tədqiqatlar aparılacaq, vizual müşahidələr həyata keçiriləcək. Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]