XI ƏSRƏ AİD NADİR QIPÇAQ HEYKƏLİ TAPILMIŞDIR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rostov vilayətində qıpçaqların XI əsrə aid nadir qıpçaq heykəli tapılmışdır. Bunu Aksay hərbi tarix muzeyindən bildirmişlər. Muzeyin əməkdaşı Yuri Zorov demişdir: “Qıpçaqların bizə məlum olan bu ən qədim heykəli Radionovo-Nesvetaysk rayonunun Generalskoye kəndinin kənarında yerləşən evin yanında yarım əsrdən çox müddət ərzində dükan kimi istifadə olunmuşdur. 1 metr 70 santimetr hündürlüyündə və səkkiz yüz kiloqram ağırlığında heykəl arxeoloqlardan birinin diqqətini təsadüfən cəlb etmişdir. Abidə daşdan yonulmuş kişi fiqurundan ibarətdir. Çarpazlanmış əllərində qurbanlıq kasa tutmuş fiqurun sifətinin və bədəninin cizgiləri aydın görünür.
Zorovun sözlərinə görə, tapıntı qıpçaqların indiyədək məlum olan ən qədim abidəsidir. Bundan əvvəlki tapıntılar XII-XIII əsrlərə aiddir. Heykəl böyük tarixi əhəmiyyətə malikdir və salnamələr əsasında bildiklərimizi təsdiqləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]