“Xilasedici”nin baş məşqçisi: Rəhbərlik müsbət rəy verib, növbəti mövsüm Çelenc Kubokunda iştirak edəcəyik
Bakı, 22 aprel, AZƏRTAC
“Çox gərgin keçən mövsümü geridə qoyduq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının baş məşqçisi Cəlil Cəlilov Azərbaycan Yüksək Liqasında bürünc medallara sahib çıxmaları barədə danışarkən deyib.
O, mövsümə uğurlu başladıqlarını xatırladıb: ”Azərbaycan Kubokunu qazandıq. Rəqiblərimiz güclənməyə başladılar. Mövsüm ərzində əlimizdən gələn hər şeyi etməyə çalışdıq. Sonda qazandığımız nəticə pis deyil. Komandanın kapitanı və aparıcı oyunçusu sağ çiynindən zədə almasına baxmayaraq, sonadək mübarizə apardı. Voleybolçularıma əzmkarlığa görə minnətdarlığımı bildirirəm”.
Baş məşqçi növbəti mövsüm avrokuboklarda iştirak edəcəklərini vurğulayıb: “Rəhbərlikdən bununla bağlı müsbət rəy almışıq. İnşallah, növbəti mövsüm Azərbaycanı Çelenc Kubokunda təmsil edəcəyik”.
O, yeni mövsüm üçün fərqli komanda quracaqlarını söyləyib: “Heyətdə köklü dəyişiklər olacaq. Növbəti mövsüm üçün çox iddialıyıq”.
Qeyd edək ki, “Xilasedici” üçüncü yer uğrunda görüşdə “Neftçi”ni üstələyərək bürünc medalların sahibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]