REGİONLAR
Xocalı faciəsi insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir
![](/files/galleryphoto/2022/1/1200x630/16456155541813607_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164561555439834588_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1645615554711942622_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456155543226818280_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456155545939023828_1200x630.jpg)
Zaqatala, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Xocalı - şəhid şəhər” adlı rəsm və kitab sərgisi təşkil olunub.
Sərgidə Mərkəzin rəsm dərnəyi üzvlərinin və Uşaq İncəsənət Məktəbi şagirdlərinin Xocalı mövzusunda çəkdikləri rəsmlər, həmçinin faciənin tarixi, erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən ədəbiyyat nümunələri nümayiş etdirilir.
Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sərginin təşkilində əsas məqsəd Xocalı faciəsi ilə bağlı həqiqətləri, erməni millətçilərinin vəhşiliklərini izləyicilərə çatdırmaqdır.
Mərkəzin əməkdaşları sərgini izləyənlərə Xocalı müdafiəçilərinin qəhrəmanlığından danışır, faciənin acı nəticələri barədə məlumat verirlər. Sərgi iştirakçıları Xocalı faciəsinin insanlığıa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirirlər.
Sərgi fevralın 27-dək davam edəcək.