Xocalı faciəsi qurbanlarının xatirəsi Londonda anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Londonda Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallıqdan və digər ölkələrdən 300-ə yaxın nümayəndənin qatıldığı tədbirdə iştirakçılara 20 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir.
Mərasimdə iştirak edən Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva bildirmişdir ki, Londonun mərkəzində təşkil olunmuş bu tədbirə müasir Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamının qurbanlarını anmaq üçün toplaşmışlar.
Tədbirlə bağlı fikirlərini bölüşən ingiltərəli deputat Kris Xiton Xarris vurğulamışdır ki, iyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz həmkarları ilə birlikdə əlindən gələni etməyə hazırdır.
AAC-nin təsisçisi və sədri Tale Heydərov təəssüratlarını bu sözlərlə bölüşmüşdür: “Xocalı faciəsi dəhşətli bir cinayətdir. Bu cinayətin səbəbkarları hələ də məsuliyyətə cəlb olunmamışlar. İşğal olunmuş Dağlıq Qarabağ ərazisi Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. İndi bu ərazidə yaşamış insanlar məcburi köçkünə çevrilmişlər və böyük bir mədəniyyət məhv olmaq üzrədir. Ümid edirəm ki, bu mərasim dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək istiqamətində önəmli bir addım olacaqdır”.
Daha sonra AAC tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirin sonunda Londonun Orion simfonik orkestrinin ifasında Qərb və Azərbaycan klassik musiqiləri səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]