XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAPONİYADA EHTİRAMLA ANILACAQ
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC) Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar fevralın 25-də Osaka əyalətində tədbirlər keçirəcəkdir. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılacaq, erməni cəlladlarının vəhşilikləri - Xocalı soyqırımı, Malıbəyli qətliamı, habelə torpaqlarımızın 20 faizinin işğalı barədə məlumat veriləcək, fotosərgi açılacaqdır. Sərgi çərçivəsində imzatoplama kampaniyası keçiriləcəkdir. Sərginin qonaqlarından bəşər tarixində törədilə biləcək növbəti soyqırımların qarşısını almaq məqsədi ilə Xocalı həqiqətlərinin daha geniş kütlələrə çatdırılması və hələ də davam edən erməni təcavüzünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınması və pislənməsi kampaniyasına dəstək vermələri xahiş olunacaqdır.
AYDC-nin Xocalı soyqırımını və erməni təcavüzünü pisləyən bəyanatı gün ərzində toplanan imzalarla birlikdə Yaponiyanın Baş nazirinə və parlamentin hər iki palatasına göndəriləcək, onlardan XX əsrin ən qanlı cinayətlərindən birinə münasibət bildirmələri xahiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]