Xocalı faciəsi xalqımızın qan yaddaşıdır
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş soyqırımı və bəşəriyyətə qarşı ağır bir cinayətdir. Xalqımız bu gün bir daha 1992-ci ilin o soyuq qış gününü xatırlayır. Xocalıda insanların yaşamaq hüquqları əllərindən alınmış, dünyanın bir çox ölkələri bu dəhşətli cinayətə biganə qalmışdır. Bu qətliam soyqırımıdır və dünya ictimaiyyəti tərəfindən tanınmalıdır. Təəssüf ki, 20 il ərzində BMT və digər beynəlxalq təşkilatlar Xocalı soyqrımına lazımi siyasi qiymət verməmişlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 26-da Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak edən Xocalıdan olan Xəlil Vəliyev bildirmişdir.
20 ildir ki, bu faciənin ağrısı ilə qovruluruq. XX əsrdə baş verən və xeyli insanın ölümünə səbəb olan Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. İllər ötəcək, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]